Yəmən xalqından cəbhəyə görünməmiş yardım: `Səudiyyənin kürəyini yerə vuracayıq` 22 Sentyabr 2016 01:00 Yəmən Yəmən qəbilələri toplanmış 6000 səbət üzüm, onlarla inək və qoyun, 20 milyon rial pul, 1 kilo qızıl, su, yemək və şəkərdən ibarət olan yardımlarını, möhtəşəm bir mərasimlə müharibə zonasına göndəriblər. Maide.Az xəbər verir ki, Yəmənli qəbilələr 2 həftə bundan əvvəl cəbhədə Səudiyyə rejiminə qarşı döyüşən Yəmən ordusu və xalq komitələrinə yardım göndərmişdi. Yəmən xalqı Səudiyyə və Amerika işğalından xilas olmaq üçün, canlarını və mallarını Allah yolunda verməyə hazır olduqlarını bildiriblər. Onlar "Səudiyyə Ərəbistanın kürəyini yerə vuracayıq" -şüarını səsləndiriblər. Qeyd edək ki, müharibənin başladığı gündən bəri Səudiyyə Ərəbistanının təşkil etdiyi təcavüz nəticəsində 7000 günahsız insan həyatını itirib, on minlərlə insan yaralanıb. Səudiyyə Ərəbistanının təşkil etdiyi hava hücumlarında indiyə qədər ölkə infrastrukturunun %80-i xüsusilə də xəstəxanalar, məktəblər və yaşayış mərkəzləri ziyan görüb. Yəmən xalqı, düşmənin inkişaf etmiş silahlarına və embarqosuna əhəmiyyət vermədən əllərində ki, imkanlar daxilində ölkələrini qorumağa çalışırlar. / Teqlər : #Yəmən xalqından cəbhəyə görünməmiş yardım: `Səudiyyənin kürəyini yerə vuracayıq`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən Husilərinin lideri: `Yəmənə hücum əmri Vaşinqtondan verilib` Səudiyyənin aviazərbələri nəticəsində Yəməndə 25 mülki şəxs həlak olub
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'