Yəmənə 3 günlük atəşkəs təklif olunub 07 Sentyabr 2016 01:00 Yəmən BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Omanda Ənsarullah nümayəndələri ilə görüşüb və onlara Yəməndə 3 günlük atəşkəs təklif edib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, İsmayıl Vələd bu təklifi yəmənli mübarizlərlə səudiyyəli təcavüzkar qüvvələr arasında Herz və Midi sərhəd bölgəsində qarşıdurma gücləndikdən sonra təklif edir. Görüş ötən gün Maskatda baş tutub. İsmayıl Vələd görüşdə ABŞ xarici işlər naziri Con Kerrinin çıxış yolu məzmunlu mesajı Ənsarullah və sabiq prezident Əli Abdullah Salehin nümayəndələrinə təqdim edib. Con Kerri ötən həftə Ciddədə Britaniya və Fars Körfəzi Əməkdaşlıq Şurasının iclasından sonra Yəməndə böhranın həlli üçün layihə təqdim edib. C.Kerri öz layihəsində iddia etmişdi ki, Ənsarullah və Yəmən ordusunun raketləri Ərəbistan, bölgə və Amerikanın maraqları üçün təhlükədir. Teqlər : #Yəmənə 3 günlük atəşkəs təklif olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səud qüvvələrinin məktəbi bombardmanı nəticəsində 28 uşaq yaralanıb Səud rejimi Yəmən xalqına Həcci qadağan edib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'