Yəməndəki qarşıdurmalarda 50-dən çox insan öldü 18 Sentyabr 2014 01:00 Dünya Yəməndə son aylarda davam edən hökumət ilə Husilər arasındakı böhranın sona çatdırılması üçün BMT-nin vasitəçiliyi davam edir. BMT Təhlükəsizlik Şurasının Yəmən nümayəndəsi Camal bin Ömərin Husi Ənsarullah Hərəkatı lideri Əbdülməlik əl-Husi ilə hərəkatın mərkəzi olan Səda şəhərində görüşəcəyi bildirilir. Maide.az-ın məlumatına görə, bu vaxt Yəməndə Husilər ilə ordu qüvvələri arasında paytaxta yaxın iki bölgədə baş verən qarşıdurmalarda 50-dən çox insan ölüb, onlarla yaralı var. Qarşıdurmalardan sonra ordu qarşıdurma bölgələrində gücünü artırıb. Sanadakı söz sahibliyini saxlayan və bəzi nazirliklər qarşısında aksiya keçirməyə davam edən Husilər dünən də Enerji və Elektrik Nazirliyi qarşısında toplanıb. Nazirliyin yaxınlığındakı çadırlarında toplanan Husilər şüar səsləndirib, plakat qaldırıblar. Üç yüzə qədər nümayişçi Hadiyə çatdırdıqları və "üç tələb" adlandırdıqları tələblərini yeniləyərək, hökumətin ləğv edilməsini, Husi nümayişçilərə açılan atəş nəticəsində dünyasını dəyişənlərin məsullarının tapılması və Milli Dialoq Toplantısı qərarlarının ləğvi kimi tələblərini təkrarlayıblar. Teqlər : #Yəməndəki qarşıdurmalarda 50dən çox insan öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Banqladeşdə `Camaati İslami` liderinə ömürlük həbs cəzası verildi Suriyada BMT-nin peyvəndləmə kampaniyasından sonra 100 uşaq ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO