Xəzərdəki zəlzələ Xızıda sürüşməyə səbəb olub 30 Noyabr 2016 02:00 Hadisə Xızı-Altıağac yolunda baş verən sürüşmənin səbəbləri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, atmosfer yağıntıları və noyabrın ortalarında Xəzər dənizində baş vermiş zəlzələnin təsirindən yolun 10-cu km-dən başlayaraq müxtəlif yerlərdə böyük ərazini əhatə edən sürüşmə-çökmə baş verib. ”Yolboyu istinad divarlarında, yol kənarında hasarlar 2 metr irəli gedib. Yolda hərəkətin bərpası istiqamətində işlər aparılır. Elə yer var ki, qırılma qaşının hündürlüyü bəzən 2 metrə çatır. Sürüşmə prosesi davam edir. Ərazi tektonik cəhətdən çox mürəkkəb relyefə malikdir. Ərazidə çoxsaylı çatlar var ki, həmin çatlar vasitəsilə yeraltı sular çıxır” - deyə Ə. Qaralov qeyd edib. / Teqlər : #Xəzərdəki zəlzələ Xızıda sürüşməyə səbəb olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xızı-Altıağac avtomobil yolunda sürüşmə baş verib Qızına toy edən ata borca görə özünü qatarın altına atdı - YENİLƏNİB