WhatsApp milyonlarla istifadəçisinə qadağa qoyacaq 31 May 2018 01:00 Maraq dünyası -- Bu WhatsApp istifadəçilərinin sayına ciddi şəkildə təsir edəcək Sosial media nəhəngi Facebookun tərkibində olan məşhur mesajlaşma proqramı WhatsApp milyonlarla istifadəçisini itirə bilər. Maide.Az “ntv.com.tr”-ə istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələrində Ümumi Məlumatların Mühafizəsi Qaydalarına (GDPR) görə məşhur mesajlaşma proqramı WhatsApp milyonlarla istifadəçisini itirmək təhlükəsiylə üz-üzə qalıb. WhatsApp daha öncə 13 yaşı tamam olmuş şəxslərin qeydiyyata düşməsinə icazə verirdi. Lakin Aİ ölkələrində Ümumi Məlumatların Mühafizəsi Qayadası (GDPR) artıq 16 yaşından aşağı olanlara bunu qadağan edir. WhatsApp istifadəçiləri 25 maydan etibarən xidmətdən kənarlaşdırılmağa başlanmışdır. Başqa sözlə, bu qanunun həyata keçirilməsi WhatsApp istifadəçilərinin sayına ciddi şəkildə təsir edəcək. Teqlər : # WhatsApp milyonlarla istifadəçisinə qadağa qoyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Parisdə müsəlman gənc körpəni belə xilas edib - VİDEO Ən böyük qızıl ehtiyatına malik 10 ölkə