Vaşinqtonda güclü yağış: 'Ağ Ev'i su basdı 08 İyul 2019 22:00 Xəbərlər Vaşinqtonda güclü yağış nəticəsində şəhərin bir sıra rayonları su altında qalıb. Maide.Az Trend-ə istinadla xəbər verir ki, metronun bir neçə stansiyası, eləcə də "Ağ Ev"də bəzi tikililəri də su basıb. ABŞ prezidentinin mətbuat xidmətinin jurnalistləri "Twitter"də su basmış ofislərinin fotolarını paylaşıblar. Bundan başqa, dəmir yolunda sərnişindaşıma ilə məşğul olan "Amtrak" şirkəti bildirib ki, Vaşinqtonun cənubuna hərəkət edən bütün qatarlar dayandırılıb. Güclü yağış elektrik təsərrüfatının işinə də problem yaradıb. Bir neçə min insan işıqsız qalıb. Teqlər : #Vaşinqtonda,#güclü,#yağış:,#'Ağ,#Ev'i,#basdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanına məxsus aviaşirkət ‘Boeing’lə müqaviləsini pozdu Hindistanın şimal-şərqində 13 minədək insan daşqın zonasında qalıb