Vəliəhd şahzadə dövründə edamlar artıb - Statistika 22 Dekabr 2018 09:42 Dünya Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman (MBS) dövründə icra edilmiş edamlarla bağlı statistika açıqlanıb. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Reprieve” insan haqları təşkilatı MBS dövründə S.Ərəbistanında 133 nəfərin edam edildiyini bildirib. Bu isə MBS-nin iqtidara gəldiyi 2017-ci ilin iyunundan əvvəlki dövrlə müqayisədə 66 faktın artması deməkdir. 2014-cü ildən bəri edam edilənlərin ümumi sayı isə 700-ə çatıb. Onların 49 faizi əcnəbilərdir. Hesabatda qeyd olunub ki, 246 nəfər narkotik maddə ilə əlaqələri cinayətlərə görə edam ediliblər. Jurnalist Camal Qaşıqçının qətli ilə bağlı həbs edilən 54 nəfərin də edamının gözlənildiyi vurğulanıb. Teqlər : #Vəliəhd,#şahzadə,#dövründə,#edamlar,#artıb,#Statistika, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 630 illik tarixi məscid 5 kilometr daşınır – FOTO İndoneziyada tsunami nəticəsində 280-dan çox adam həyatını itirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO