Vəhşi təbiətdə canlıların sayı 60 faiz azalıb 27 Oktyabr 2016 01:00 Xəbərlər Sibir pələngi 1970-ci ildən bu yana vəhşi təbiətdəki canlıların az qala 3/5-ü məhv olub. Dünya Heyvanlar Aləmi Fondu və Londonda yerləşən Zoologiya Cəmiyyətinin hazırladığı hesabatda deyilir ki, canlıların sayının kəskin azalmasına səbəb insanların fəaliyyətidir. Hesabata görə, məməli heyvanların, quşların, balıqların, həm suda, həm quruda yaşayan heyvanların, eləcə də sürünənlərin sayı 1970-ci ildən 2012-ci ilə qədər 58% aşağı düşüb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə getsə, 2020-ci ilə qədər canlı təbiət sakinlərinin 2/3-ni itirəcəyik. Dünya Heyvanlar Aləmi Fondunun baş direktoru Marco Lambertini heyvanların sayının misilsiz sürətlə azalmaqda olduğunu bildirib, «biz Yer tarixinin yeni erasına qədəm qoyuruq», - deyib. O, insanların bu soyqırımın qarşısını almaq gücündə olduğunu da vurğulayıb. Hesabatda deyilir ki, artmaqda olan dünya əhalisi şəhərlər salmaq, təsərrüfatlar yaratmaq məqsədilə əraziləri təmizləyərkən təbiəti məhv edir. Heyvanların məhvinin digər səbəbləri çirklənmə, bioloji növlərə müdaxilə, ov və iqlim dəyişikliyidir. (azadlıqradiosu) / Teqlər : #Vəhşi təbiətdə canlıların sayı 60 faiz azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İkinci Dünya müharibəsində həlak olmuş 206 azərbaycanlının Moldovada məzarı aşkarlanıb Masallıda evlərini su basmış 48 nəfər təxliyə olunub