Şüvəlanda bacısını öldürən oğlanın qaynatası: `Dedi ki, boğub öldürmüşəm` 23 Dekabr 2014 02:00 Hadisə Bakıda qardaş bacısını boğaraq qətlə yetirib. Hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədimov aralarında yaranan münaqişə zəminində bacısı, 1989-cu il təvəllüdlü Ramiləni boğaraq öldürüb. Hadisə barədə qonşular xəbər tutub. Qətli törədən qardaş hadisə barədə əvvəlcə qonşusuna deyib: "Dedi ki, öldürüb. İnanmadım, keçdim baxdım, gördüm qız yerdə uzanıb". Xəzər rayon Prokurorluğundan hadisənin məişət zəminində baş verdiyi bildirilib. İlkin məlumata görə, qətlə yetirilən Ramilə Qədimova qeyri-rəsmi yaşadığı şəxsdən ayrıldıqdan sonra qardaşının evinə köçüb. Aralarında mübahisə düşən qardaş bacını boğaraq qətlə yetirib. Hadisəni törədən T. Qədimov könüllü olaraq polisə təslim olub. Teqlər : #Şüvəlanda bacısını öldürən oğlanın qaynatası: `Dedi ki,#boğub öldürmüşəm`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lənkəran sakini futbol oynayarkən öldü 14 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisəni ört-bastır etməyə çalışanlar var