Uşaqlardan Qəzza yolundakı Azadlıq donanmasına dəstək nümayişi 22 Sentyabr 2016 01:00 Fələstin Fələstinli uşaqlar bu dəfə yalnız qadınların yaratdığı donanmaya dəstək üçün Qəzza limanında aksiya keçirib. Fələstinli uşaqlar, İspaniyadan Qəzza zolağına doğru yola çıxan və bu dəfə yalnız qadınlardan ibarət olan Azadlıq donanmasına dəstək məqsədilə Qəzza limanında aksiya təşkil ediblər. Maide.Az xəbər verir ki, blokadanı qırmaq üçün təşkil olunan aksiyada onlarla uşaq iştirak edib. Qəzzalı uşaqlar Azadlıq donanmasının İspaniyadan Qəzzaya doğru irəliləməsinə məmnuniyyətlə qarşılayıblar. Onlar sevinclərini əllərindəki plakatlarla ifadə edib, azadlıq şüarları səsləndiriblər. Qadınlardan ibarət donanmadakı iki gəmidən biri olan "Zaytouna" (Zeytun) dünən Fransanın Korsika adasına çatıb, digəri Amalin (Ümid) isə texniki problemlərə görə İspaniyanın Barselona şəhərinə qayıdıb. Kanada, Meksika, İspaniya, Norveç, ABŞ və Avstraliya kimi dünyanın müxtəlif yerlərindən qeyri-hökumət təşkilatlarının dəstəyini alaraq hərəkət edən Azadlıq donanması Qəzza limanına daxil olmasına mane olan İsrail rejimi əsgərlərini, bu dəfə "qadınların gücü" ilə keçməyi hədəfləyirlər. Donanmadakı gəmilər oktyabr ayının ilk həftəsində Qəzzaya çatması nəzərdə tutulub. / Teqlər : #Uşaqlardan Qəzza yolundakı Azadlıq donanmasına dəstək nümayişi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Evləri dağıdılan fələstinlilər: `Onlar söksün, biz tikəcəyik` `Facebook` Fələstin müqavimətini dəstəkləyən səhifələri növbəti dəfə bağladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar