Tunis parlamentinin spikeri hərbi hospitala yerləşdirilib 02 Avqust 2021 10:09 Dünya Tunisin Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) sədri, "Ən Nahda" partiyasının lideri Rəşid Qannuşi səhhətinin pisləşməsindən sonra hərbi hospitala çatdırılıb. İyulun 31-də R.Qannuşi səhhətində pisləşməsi ilə əlaqədar özəl klinikaya yerləşdirilmişdi, lakin müayinədən sonra evə buraxılmışdı. Məlumata əsasən, Xalq Nümayəndələri Məclisinin sıdrinin vəziyyəti ötən ayın sonunda ölkədə baş verən siyasi böhran fonunda pisləşməyə başlayıb. Qeyd edək ki, iyulun 25-də Tunis Prezidenti Kays Sayid ölkə parlamentinin fəaliyyətinin 30 gün dayandırıldığını, bütün millət vəkillərinin toxunulmazlığının ləğv edildiyini və baş nazir Hişam Maşişinin vəzifəsindən uzaqlaşdırıldığını açıqlamışdı. /Trend/ Teqlər : #Tunis,#parlamentinin,#spikeri,#hərbi,#hospitala,#yerləşdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanın şərqində sel daşqınlarında ölən və itkin düşənlərin sayı 180-ə çatıb Nigeriya hökuməti Şeyx Zəkzakiyə qarşı yeni ittihamlar irəli sürüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO