Trumpın seçilmək ehtimalı Kanadaya miqrasiyaya marağı artırıb 03 Mart 2016 02:00 Dünya ABŞ-da 2016-cı il prezident seçkisi yarışında qabağa çıxan şəxslərdən olan Donald Trumpın irqçi və miqrasiya əleyhinə çıxışları amerikalıların Kanadaya mühacirət etmək marağını artırıb. Maide.az xəbər verir ki, ABŞ-da Google-da ən çox axtarılan məsələlərdən biri, "Kanadaya necə köçərəm?" olub. Kanada hökumətinin məsələ ilə bağlı internet saytı həddindən artıq yüklənmə üzündən səhv verib. Amerikalıların Kanadaya köçmək qayğısı, Trumpın Respublikaçıların 1 mart "Super Çərşənbə Axşamı" günü 12 ştatda apardığı ilkin seçkidə böyük qələbə ilə ayrılmasından sonra yaranıb. Google-nin redaktoru Simon Rocer yazdığı twitter statusunda artımın 350 faizə yüksəldiyini, ancaq müəyyən bir müddət sonra bu rəqəmin 1150-ə qalxdığını bildirib. Hər seçki dövründə gündəmə gələn "Kanadaya mühacirət" məsələsi Google-də ən çox axtarılanlar arasına daxil olur. Ən yüksək axtarma faizi Barak Obamadan əvvəlki prezident Corc Buş dövründə olmuşdu. Teqlər : #Trumpın seçilmək ehtimalı Kanadaya miqrasiyaya marağı artırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Əfqan Talibanı rəhbərliyi Pakistanda saxlanılır` iddiası Türkiyənin baş naziri sabah Tehrana səfər edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO