Türkmənistan prezidenti 612 nəfəri əfv edib 02 İyul 2016 01:00 Dünya Onlardan 26-sı xarici ölkə vətəndaşıdır Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov müqəddəs Ramazan ayının ən fəzilətli gecəsi - Qədr gecəsi şərəfinə 612 nəfəri əfv edib. "RİA Novosti"yə istinadən xəbər verilir ki, hökumətin iclasında dövlət başçısının imzaladığı müvafiq fərmanlara əsasən, mühakimə edilmiş 568 Türkmənistan vətəndaşı və 26 xarici vətəndaş cəzasının qalan hissəsini çəkməkdən, eləcə də müəyyən bəlli yerdə yaşamaq məcburiyyətindən qurtulub. Sənədləri imzalamaqla prezident səlahiyyətli şəxslərə əfv olunmuş şəxslərin Qədr gecəsini ailə üzvlərinin yanında keçirməsi məqsədilə onları qısa zamanda azadlığa buraxmağı tapşırıb. Ölkə başçısı eyni zamanda azadlığa çıxan məhbusların işlə təmin olunması barədə də göstəriş verib. (report) Teqlər : #Türkmənistan prezidenti 612 nəfəri əfv edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan vətəndaşı Atatürk aeroportuna hücuma görə saxlanıldı ABŞ-da islamofobiya əleyhinə yürüş keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO