Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub 25 Sentyabr 2017 01:00 Dünya Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında telefon danışığı olub. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələrlə yanaşı, İraq Kürd Regional Rəhbərliyinin referendum qərarı daxil olmaqla bölgədəki son hadisələr müzakirə olunub. Tərəflər referendumun ləğv edilməməsinin regionda xaosa səbəb olacağını bildiriblər. Hər iki lider İraqın ərazi bütövlüyünə böyük əhəmiyyət verdiklərini vurğulayıb. Görüşdə prezident Ərdoğanın 4 oktyabrda İrana edəcəyi səfərə də toxunulub. Sözügedən səfər münasibətilə, 2014-ci ildən bu yana hər il müntəzəm olaraq keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının IV toplantısının da icra ediləcəyi qeyd olunub. Teqlər : #Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nyu-York küçələrində Əhli-beyt (ə) aşiqlərinin əzadarlığı – VİDEO İraqın Kürdüstan ərazisində referenduma səsvermə başlayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO