Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb. APA-nın xəbərinə görə, parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.
 
Qeyd edək ki,  fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti  yanvarın 19-da başa çatır.
 
Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.  
 
Fövqəladə vəziyyət rejimi bundan sonra oktyabrın 19-da  üç ay müddətinə uzadılıb. /

Google+ WhatsApp ok.ru