Türkiyə və ABŞ Rusiyanın Suriya əməliyyatlarından çox narahatdır 02 Oktyabr 2015 01:00 Dünya Maide.az "Sputnik"ə istinadən xəbər verir ki, Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq Rusiyanın Suriyadakı əməliyyatlarından narahat olduqlarını açıqlayıb. Rusiyanın Suriyadakı hava əməliyyatları haqqında Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan birgə bəyanatda belə deyilir: "Rusiya Federasiyasının Hava Qüvvələrinin dünəndən bəri Hama, Homs və İdlibdə mülki itkilərə səbəb olan və hədəf kimi İŞİDİ almayan hücumlarından dərin şəkildə narahatıq. Gərginliyi artıran bu hərbi fəaliyyətlər, ekstremizmin və radikallaşmanın daha çox qızışdırmaqdan başqa heç bir məqsədə xidmət etməyəcək. Rusiya Federasiyasından Suriya müxalifətinə və vətəndaşlara qarşı təcavüzlərinə dərhal son verməsini və İŞİD-lə mübarizə səylərini yetirməsini istəyirik". Qeyd edək ki, bir neçə aydır ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ərazisində İŞİD-i bombaladığını iddia etsə də, İŞİD tərəfindən hər hansı bir ciddi itkinin və toplaşma məntəqələrinin dağıdılması müşahidə olunmayıb. Rusiya qırıcılarının sadəcə bir günlük bombardmanı nəticəsində İŞİD-in mənzil qərargahları və yüzdən çox terrorçusu öldürülüb. Bundan əlavə, İŞİD və buna bənzər terror təşkilatlarının aylardır Suriyada törətdiyi qətliamlara səssiz qalan bəyanat müəllifləri nədənsə Rusiyanın bombarmanı nəticəsində Suriya xalqının qeydinə qalmağa başlayıblar. Görünür, sözügedən bombardmanlar bəyanat müəlliflərinin Suriyadakı maraqlarını qoruyan terrorçuları bərk narahat edib. Teqlər : #Türkiyə və ABŞ Rusiyanın Suriya əməliyyatlarından çox narahatdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da məktəbə təcavüz edənin kimliyi bilindi İndoneziyada təyyarə itdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO