Türkiyənin suriyalı qaçqınlar üçün 7,6 milyard dollar xərcləyir

Rəsmi rəqəmlərə görə, Türkiyədə 2,2 milyon suriyalı qaçqın var.
Maide.az xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Qurtulmuş məlumat verib.
Ankarada təşkil edən Suriya Koordinasiya İclasında açqlamalar verən N.Qurtulmuş deyib ki, son aylarda və həftələrdə minlərlə qaçqın qayıq və gəmilərlə Avropa ölkələrinə getməyə çalışır və bu zaman bir çox insan suda boğularaq ölür.
O deyib ki, 2015-ci il ərzində Türkiyə sahillərində 53 228 nəfər Sahil Xilasediciləri tərəfindən sudan çıxarılıb. 274 nəfər isə suda boğulub.
Qeyd edək ki, Suriyada İŞİD zülmündən qaçaraq canını qurtarmaq istəyən milyonlarla suriyalı qonşu ölkələrə və Avropaya sığınmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıblar.

Google+ WhatsApp ok.ru