Türkiyə erməniləri Davudoğlunun bəyanatını müsbət qarşılayıblar 22 Aprel 2015 01:00 Dünya Türkiyə baş nazirinin Osmanlı dövründə ölən ermənilərin yaxınlarının kədərini bölüşməsi bu ölkə erməniləri tərəfindən müsbət qarşılanıb. Maide.az-ın məlumatına görə, Türkiyə ermənilərinin baş yepiskopunun əvəzedicisi çərşənbə axşamı "Hürriyyət" qəzetinə müsahibədə Əhməd Davudoğlunun 1915-ci il hadisələri ilə bağlı müraciətini müsbət qarşılayıb və bunu bir növ sülh və dostluq nişanəsi adlandırıb. Əhməd Davudoğlu 20 apreldə bəyanat verərək, 1915-ci ildə ölən ermənilərin yaxınlarının kədərini bölüşüb. Buna baxmayaraq, Türkiyə dövləti Osmanlı dövründə ermənilərin ölümünə səbəb olan hadisəni "soyqırımı" hesab etmir. Ermənilər hər ilin 24 aprel tarixini "soyqırımı" adlandırdıqları hadisənin xatirəsini yad edirlər. Teqlər : #Türkiyə erməniləri Davudoğlunun bəyanatını müsbət qarşılayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD silahlıları 11 iraqlı hərbçini edam ediblər Sionist hərbçilər Qüdsdə fələstinlilərlə toqquşublar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO