Türkiyə İŞİD-ə qarşı quru əməliyyatlarına başlayır

“Martda İŞİD-ə qarşı əməliyyatlara başlayacağıq”.  

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş nazirinin köməkçisi Bülənt Arınc çıxış edib.

O, ABŞ liderliyindəki koalisiya qüvvələrinin təşkil etdiyi hava hücumlarının qeyri-kafi olduğunu bildirib:   “ABŞ liderliyindəki koalisiya qüvvələrinin təşkil etdiyi hava hücumları yetərsizdir.

İŞİD-ə qarşı quru əməliyyatlarına ehtiyac var. Martda İŞİD-ə qarşı əməliyyatlara başlayacağıq. Yalnız İŞİD yox, digər terror təşkilatlarına qarşı da əməliyyatlar təşkil edəcəyik”./

Google+ WhatsApp ok.ru