Tramp hakimiyyətə gələndən ABŞ-ın dövlət borcu 70 ildə rekord həddə çatıb 04 Yanvar 2019 12:24 Xəbərlər Donald Trampın hakimiyyəti dövründə ABŞ-ın dövlət borcu 2 trilyon dollar artmaqla son 70 ildə ən yüksək həddə çatıb. Trend-in məlumatına görə, ABŞ Konqresinin büdcə üzrə idarəsi hesablayıb ki, dövlət borcu ölkə ÜDM-nin 78 faizini təşkil edir. Bu isə 1950-ci ildən bu yana ən yüksək göstərici olub. Bildirilir ki, 2018-ci ilin sonunda dövlət borcu 21 974 trilyon dolar təşkil edib. 2017-ci ilin əvvəlində D.Tramp prezident seçiləndə isə bu rəqəm 2 trilyon dollar az olub. Teqlər : #Tramp,#hakimiyyətə,#gələndən,#ABŞın,#dövlət,#borcu,#ildə,#rekord,#həddə,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bolton Türkiyəyə gedir Çin əhalisi 2018-ci ildə 1,27 milyon nəfər azalıb