Tramp əleyhdarlarının etiraz aksiyası - FOTOLAR

Tramp əleyhdarlarının etiraz aksiyası - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın müxtəlif bölgələrində polislə Donald Trampın əleyhdarları arasında toqquşmalar baş verib.
 
Maide.Az xəbər verir ki, paytaxt Vaşinqtonda toqquşmalar nəticəsində saxlanılanların sayı 217 nəfərə çatıb. Nyu-Yorkda isə 7 nəfər nəfər saxlanılıb. Saxlanılanlar arasında Nyu-Yorkun Məclis Üzvü Jumane Villiams və onun anası da var.
 
Etirazçılar asayiş keşikçilərinə dəmir parçaları və şüşə qablar atıblar. Polis nümayişçilərin dağılması üçün gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edib. 
 
Yerli polis rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Piter Nyusem isə bildirib ki, qarşıdurmalar zamanı 6 polis işçisi yüngül xəsarət alıb.
 
Qeyd edək ki, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.
 
 
Maide.Az AFP və Reutersin D.Tramp əleyhdarlarının mitinqlərindən çəkdiyi fotoları təqdim edir: 
 

 

 

Google+ WhatsApp ok.ru