Toz dumanı həftənin sonuna qədər davam edəcək 22 İyun 2021 12:45 Ölkə Toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır. Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb. Teqlər : #Toz,#dumanı,#həftənin,#sonuna,#qədər,#davam,#edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'Azərbaycan dili' fənnindən ikinci imtahan keçiriləcək İyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb