Tokio aeroportunda özü hərəkət edən kresloları sınaqdan keçirəcək 14 Avqust 2017 01:00 Maraq dünyası “Panasonic” şirkəti “WHILL” şirkəti ilə birgə məhdud qabiliyyətli insanlar üçün aeroportlarda istifadə məqsədilə özü hərəkət edən kreslo hazırlayıb. Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, kreslo xüsusi mobil proqramın köməyi ilə idarə olunur. İstifadəçi mobil proqramda təyinat nöqtəsini göstərir, bundan sonra kreslo öz yerini müəyyənləşdirir və yaddaşa yüklənmiş aeroportun xəritəsindən istifadə edərək optimal marşrut seçir. Daxili sensorlar kreslonun hərəkətsiz maneələr və ya başqa sərnişinlərlə toqquşmasının qarşısını almağa imkan verir. Sərnişin təyinat nöqtəsinə çatdıqdan sonra kreslo özü geri qayıdır. İstehsalçıların planına görə, özü hərəkət edən kresloların sınağı 8 avqust 2017-ci ildən 31 mart 2018-ci ilədək Tokionun Haneda aeroportunda keçiriləcək. / Teqlər : #Tokio aeroportunda özü hərəkət edən kresloları sınaqdan keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Android-də boş yer problemi çözüldü Şəffaflığı dəyişdirilən pəncərələr yaradılıb