Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək 17 Dekabr 2015 02:00 Ölkə Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin növbəti iclası Tehranda keçiriləcək. Maide.az İran səfirliyinə istinadən xəbər verir ki, iclasda iştirak etmək məqsədi ilə Azərbaycan Nəqliyyat naziri Ziya Məmmədov dekabrın 22-də Tehrana səfər edəcək. Məlumata əsasən, Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclasında 5 ölkə arasında dəmir yolu, gəmiçilik, yük daşımaları və sərnişinlərin gediş-gəlişi üçün şəraitin yaxşılaşdırılması , yarımçıq yolların təkmilləşdirilməsi və güzəştlərin tətbiqi kimi məsələlər müzakirə olunacaq. Z.Məmmədov səfər çərçivəsində iranlı həmkarları ilə şimal-cənub dəhlizinin təkmilləşdirilməsi və Astara-Astara dəmir yolunun tikilməsi məsələsini müzakirə edəcəklər. / Teqlər : #Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Zəifdi alver. Dollar qalxandan belədi` Pensiya təyin edənlərin işi çətinləşəcək