Taksi sürücülərinin hərəkət qaydaları müəyyənləşdirilib 22 Sentyabr 2015 01:00 Ölkə Ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən avtonəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək, müvafiq sənədlərlə təsdiq edilməlidir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, bu gün bu və taksi sürücülərinin fəaliyyətində keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər planı müzakirə olunub. Bundan başqa, taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt, 5 AZN məbləğində taksi dayanacağı üçün aylıq ödənişi xəzinəyə ödəyərək, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün taksi dayanacaqlarından və yolun nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan hissəsində sərbəst istifadə edə bilərlər. Teqlər : #Taksi sürücülərinin hərəkət qaydaları müəyyənləşdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mingəçevirdə ara yenidən qarışdı Bakı metrosunda təmirə dayanan xətt açıldı