Tacikistanda beş məscidin imamı saxlanılıb 19 May 2016 01:00 Dünya Tacikistanın Sughd vilayətinin Kanibadam mahalında ekstremizmi təbliğ etməkdə şübhəli bilinən beş axund yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Maide.Az xəbər verir ki, bu barədə Tacikistanın "Azadi" radiosu hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Saxlanılanlar ölkənin Xücənd şəhərinin həbsxanasına aparılıb. Tutulanların qanunsuz yollarla Suriyaya getmək və "Müsəlan qardaşları" təşkilatına qoşulmağa dəvət etdikləri üçün saxlanılıblar. Bu ilin mart ayında Sughd vilayətinin daha altı imamı "Müsəlman qardaşlar"ı ilə əlaqədə olduqları üçün həbs edilmişdir. Qeyd edək ki, Tacikistanda "Müsəlman qardaşlar" adlı terror qruplaşması 2006-cı ildən etibarən qara siyahıya salınıb. / Teqlər : #Tacikistanda beş məscidin imamı saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyndə hökumət əleyhinə aksiya Turist ziyarətinə görə Eyfel qülləsini geridə qoyan məscid - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO