Tacikistan-Qırğızıstan sərhəddində gərginlik: Ölən var-VİDEO 14 Mart 2019 15:19 Dünya Tacikistanın Qırğızıstanın sərhədləri daxilində yer alan Voruş kəndində tacik və qırğızlar arasında yaranan münaqişə nəticəsində bir nəfər həlak olub Voruş kəndi yaxınlığındakı mübahisəli ərazidə qırğız rəsmilərin hökumətlər arası protokolun ziddinə olaraq yol inşa etməsinə taciklərin etiraz etməsi bu gərginliyin yaranmasına səbəb olub. Daş, dəyənək və ov tüfənglərinin işə düşdüyü davada 10 tacik yaralanıb, 1 tacik isə həyatını itirib. Bundan sonra Qırğız rəsmilər Voruşa gedən yolu nəqliyyatın üzərinə bağlayıb. Hadisə vaxtı ərazidən keçən iki avtobusdakı Tacikistan vətəndaşı olan 30-ya yaxın dinc sakin də bir müddət saxlanılıb. Hazırda vəziyyət iki ölkənin sərhəd mühafizə xidmətləri tərəfindən nəzarətə alınıb, Rəsmilər arasında görüşmələrə başlanılıb. /FaktXeber / Teqlər : #TacikistanQırğızıstan,#sərhəddində,#gərginlik:,#Ölən,#varVİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MDB ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Yeni Zelandiyada məscidə silahlı hücum nəticəsində 30 nəfər həyatını itirib - VIDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO