Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ 04 May 2017 01:00 Sağlamlıq Gicitkən qədim zamanlardan faydalı müalicəvi bitki kimi tanınır. Həmçinin təzə gicitkən qiymətli qidalı məhsuldur. Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, yazda təzə gicitkəndən çox dadlı və faydalı sup, borş bişirmək, salatlara, qutablara əlavə etmək, digər göyərtilərlə birlikdə qovurmaq olar. - Təzə gicitkən C vitamini ilə olduqca zəngindir. Bu vitamin immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır. - A vitamini ilə zəngin olan təzə gicitkən dərinin vəziyyətinə müsbət təsir edir, görmə üçün faydalıdır. - Təzə gicitkən qanazlığı zamanı da çox faydalıdır. Qədim zamanlarda təzə gicitkəni ağır doğuş keçirmiş və çoxlu qan itirmiş qadınlara verirdilər. Bu onlara daha tez ayağa qalxmağa kömək edirdi. - Gicitkən qədimdən "qadın otu" sayılır. Bu ot qadınlarda güclü menstrual qanaxmaları azaldır, menstrual ağrıları zamanı kömək edir. - Təzə gicitkən orqanizmə əlavə güc verir, orqanizmin tonusunu qaldırır, insanı daha gümrah edir. - Gicitkən həzm proseslərini yaxşılaşdırır, bağırsaqları təmizləyir. - Təzə gicitkən şəkərli diabet xəstələri üçün də faydalıdır. Təzə gicitkəndən hazırlanmış çay da çox faydalıdır. Belə çay arıqlamağa kömək edir. Gicitkən çayı hazırlamaq üçün 2 x.q. doğranmış təzə gicitkəni 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin, sonra süzün və gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən 20-30 dəqiqə əvvəl için. Qanı qatı olan, varikoz xəstəliyi və yüxarı təzyiqdən əziyyət çəkənlərə təzə gicitkən ziyanlı ola bilər. / Teqlər : # Təzə gicitkən SAĞLAMLIQ MƏNBƏYİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arabir `dilxoşluq üçün` siqaret çəkmək də təhlükəlidir Daykonun sağlamlığa olan 10 FAYDASI
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir