Ötən ay dəm qazından zəhərlənənlərin sayı artıb 01 Dekabr 2016 02:00 Ölkə Noyabr ayı ərzində Azərbaycanda dəm qazından zəhərlənmə ilə bağlı xəstəxanaya daxil olan müraciətlərin sayı artıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ötən ay dəm qazından zəhərlənmə ilə bağlı 38 müraciət daxil olub və onlardan 20-si xəstəxanaya qəbul edilib. Xəstələrdən 6-sı uşaq olub: “Xəsətlərin hamısı lazıımi tibbi yardım göstərilərək evə buraxılıb, ölüm halı olmayıb. Bu ilin noyabr ayında daxil olan müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Havaların soyuq keçməsi ilə əlaqədar olaraq bu ay ərzində də dəm qazından zəhərlənənlərin sayının artacağını gözləyirik“. / Teqlər : #Ötən ay dəm qazından zəhərlənənlərin sayı artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah yağış, sulu qar, qar yağacaq Azərbaycan kubokunda 1/8 final mərhələsi start götürür