Suriya ordusunun hücumu nəticəsində İsrail rejiminin baş qərargah rəisi ağır yaralanıb 11 May 2018 01:00 Dünya -- səhhətinin çox kəskin vəziyyətdə olduğunu deyilir Suriya ordusunun mayın 10-nu raket hücumu ilə vurduğu İsrail rejiminin Xüsusi Paraşütçü Birliyinin Qərargahında olan İsrail rejiminin baş qərargah rəisi Qadi Eizenkotun da olduğu və onun raket hücumunda ağır yaralandığı bildirilib. Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, xəstəxana rəsmilərindən birinin sionist rejimin “Yedioth Ahronoth” qəzetinin müxbirinə verdiyi xüsusi məlumat da, Qadi Eizenkotun səhhətinin çox kəskin vəziyyətdə olduğunu deyib. Bundan başqa, qəzet xeyli sayda İsrail rejimi əsgərinin öldüyünü və ölən əsgərlərin ailələrinə məxfi qalması şərtilə cəsədlərin göstərildiyini qeyd edib. Bu xəbəri çatdıran “Yedioth Ahronoth” qəzetinin 3 müxbiri ilə bu məlumatı verən xəstəxana işçisinin həbs olunduğu bildirilib. Suriya ordusunun Qolan təpələrində İsrail rejiminin vurduğu 10 hərbi bazası Əl-Meyadin televiziyası Suriya ordusuna əsaslanıb verdiyi xəbərində, işğal altındakı Qolan təpələrində İsrail rejiminin ordusuna aid aşağıdakı obyektlərin vurulduğunu bildirib. 1 - Hərbi, elektronika, texniki dinləmə komandanlığı. 2 - 9900 görüntülü kəşfiyyat toplama qərargahı. 3 - Elektron müharibə komandanlığı mərkəzi. 4 - Qərbi Qolandda dinləmə şəbəkəsi komandanlığı. 5 - Mesaj alma və göndərmə mərkəzi. 6 - Həssas idarə olunan silahlar birliyinin monitorinq mərkəzi. 7 - Hərbi helikopter limanı. 8 - İsrail rejiminin ordusunun 810-cu Diviziyasının Komandanlıq Mərkəzi. 9 - Hermondakı Diviziya Komandanlığı. 10 - Benestim xüsusi qarnizon hərbi birliyinin qərargahı. Teqlər : #Suriya ordusunun hücumu nəticəsində İsrail rejiminin baş qərargah rəisi ağır yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyadan Ermənistana iqtisadi zərbə RƏSMİ Ankara: Türkiyə İranla ticarət əlaqələrini davam etdirəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO