Suriyada sülh üçün Moskva Prinsipləri açıqlanıb 30 Yanvar 2015 02:00 Dünya Rusiyanın paytaxtı Moskvada təşkil olunan Suriya Böhranı Məşvərət Toplantıları Koordinatoru Şərq Elmləri İnstitutunun rəhbəri Vitali Naumkin prezident Bəşər Əsəd və müxaliflər arasında keçiriləcək görüşlərə zəmin yaradacaq "Moskva Prinsiplərini" açıqlayıb. Maide.az xəbər verir ki, Naumkin Rusiya Xarici İşlər Nazirliyində təşkil etdiyi mətbuat konfransında Suriyalı müxaliflər və Əsəd nümayəndələri arasında keçirilən məşvərət görüşlərinin nəticələrindən danışıb. Naumkin, görüşlərdən çıxardığı, iki tərəfin də etiraz etmədiyi, gələcək danışıqların əsasını təşkil edəcək Moskva prinsiplərini belə sıralayıb: "Suriya dövlətinin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması. Terrora qarşı koalisiya yaradılması. Cenevrə Bəyannaməsi əsasında əsl həll yolunun siyasi çərçivədə aparılması. Gələcəkdə Suriyada yeni dövlət qurulması. Xarici müdaxilə edilməməsi. Dövlət müəssisələrinin qorunması və Suriya ordusunun əlindəki silahın məhdudlaşdırılması. Qanun qarşısında bütün vətəndaşların bərabər olması. Ədalətin təmin edilməsi. Suriya hökumətinin razılığı olmadan heç bir xarici döyüşçünün ölkəyə firişinə icazə verilməməsi. Suriya üzərindəki sanksiyaların qaldırılması. Holan təpələrindəki işğalın dayandırılması". Teqlər : #Suriyada sülh üçün Moskva Prinsipləri açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda 3 amerika vətəndaşı öldürülüb Misirdə bombalı hücumlarda ölü sayı 30-a yüksəlib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO