Sumqayıtda poladəritmə sexində partlayış olub, ölən və yaralananlar var 28 Mart 2019 09:42 Hadisə Sumqayıtda poladəritmə sexində partlayış baş verib. Maide.Az “Report”a istindala xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınıb. Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Sumqayıtda,#poladəritmə,#sexində,#partlayış,#olub,#ölən,#və,#yaralananlar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 1000 mağaza, 200 milyon manat... - 'Diqlas'dakı yanğının DƏHŞƏTLİ SONU Azərbaycanda daha bir ana ölümü