Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq 14 İyul 2017 01:00 Ölkə Fasilə yeni çəkilmiş xəttin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Maide.Az xəbər verir ki, Azəriqaz” İB-dən verilən məlumata görə, fasilə yeni çəkilmiş diametri 250 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır. Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. “Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. / Teqlər : #Sumqayıt şəhərinin qaz təchizatında məhdudiyyət olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu rayonda su olmayacaq Ünvanlı sosial yardım tarixə düşəcək?