İsrail ordusu cümə yürüşündə iki gənci güllələyərək öldürüb (FOTO) 23 Mart 2019 10:50 Fələstin Dünən Qəzzada baş tutmuş növbəti Böyük Qayıdış yürüşü işğalçı İsrail rejim qüvvələri tərəfindən intensiv atəşə tutulub, nəticədə iki fələstinli gənc həyatını itirib. Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, 51-ci Böyük Qayıdış yürüşünün sonuncu qurbanlarının şəxsiyyətləri açıqlanıb. Həlak olanlar Qəzzanın əl-Müğrəqa məntəqəsindən olan 29 yaşlı Nidal Əbdülkərim Əhməd Şətat və Şücaiyyə qəsəbəsindən olan 24 yaşlı Cihad Münir Xalid Hərəradır. Bir sıra mənbələr yürüşdə ümumilikdə 181 nəfərin yaralandığını bildirir. Onların 53-ü uşaq, 5-i qadın, 1-i tibb işçisi, 3-ü isə jurnalistdir. Yaralılardan üçünün vəziyyəti ağırdır. Fələstin İnformasiya Mərkəzi isə azı 66 nəfərin yaralandığını açıqlayıb. Bildirilib ki, işğalçılar nümayişçilərə qarşı döyüş sursatı və gözyaşardıcı qaz qumbaraları tətbiq ediblər. Beləliklə, 1 ilə yaxındır davam etməkdə olan Böyük Qayıdış yürüşlərində həlak olanların sayı 271 nəfərə çatıb, 31 min nəfər isə yaralanıb. Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, işğalçı İsrail rejimi qətlə yetirdiyi 11 fələstinliin cəsədini hələ də qaytarmayıb. Teqlər : #İsrail,#ordusu,#cümə,#yürüşündə,#iki,#gənci,#güllələyərək,#öldürüb,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: İsrail planlı şəkildə fələstinliləri içməli sudan məhrum edir Fələstinlilərin 62 faizi Qəzza böhranına görə Mahmud Abbası və İsrail rejimini günahkar bilir - SORĞU
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar