Sorğu: Rusiyalıların cəmi 3 faizi Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir 17 İyun 2016 01:00 Qarabağ xəbərləri Rusiya vətəndaşlarının 70%-i bu ilin yazında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 1994-cü ildən bəri baş vermiş ən irimiqyaslı hərbi toqquşmalar barədə məlumatlıdır. Maide.Az bildirir ki, APA-nın “kommersant.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Levada" sorğu mərkəzinin məlumatında deyilir. Mərkəzin keçirdiyi sosioloji sorğuya əsasən rəyi soruşulanların 59%-i baş verən son hərbi toqquşmalar barədə eşitdiyini, lakin detallı bilgiyə sahib olmadığını, 11%-i hadisələri izlədiyini, 30%-i isə ümumiyyətlə, hərbi toqquşmalar barədə məlumatlı olmadığını deyib. Respondentlərin 67%-i bu münaqişədə hər hansı tərəfi dəstəkləmədiyini söyləsə də, 15%-i Ermənistan tərəfinə, cəmi 4%-i Azərbaycana simpatiya duyduğunu bildirib. Rusiyanın hansı tərəfi dəstəkləməli olduğu sualına cavab olaraq respondentlərin 11%-i erməniləri müdafiə etməyin düzgün olduğunu, cəmi 3%-i isə Azərbaycana dəstək verilməli olduğunu vurğulayıb. 66% əhali ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür. Rəyi soruşulanların 23%-i hərbi toqquşmaların başlamasının təşəbbüskarının ABŞ və NATO ölkələri, 19%-i Azərbaycan, 15%-i Türkiyə, 4%-i Ermənistan olduğunu bəyan edib. Teqlər : #Sorğu: Rusiyalıların cəmi 3 faizi Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sursat partlamasından uşaq xəsarət alıb Bu gün Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olacaq
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni