«Siyasi partiyalar haqqında» Qanuna dəyişiklik edildi 01 Oktyabr 2014 01:00 Ölkə Sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçirilib. İclasda Milli Məclis «Siyasi Partiyalar haqqında Qanun»a əlavə və dəyişiklər edib. Yeni qanun qüvvəyə minəndən sonra siyasi partiyalar maliyyə hesabatlarını icra hakimiyyətlərinə deyil, Mərkəzi Seçki Komissiyasına verəcək. Digər dəyişikliyə görə, siyasi partiyaların nizamnaməsində müəyyənləşdirilən məbləği aşan ödənişlər ianə sayılacaq. Son dəyişiklik siyasi partiyalara 10 min manatdan çox ianə verilməsini yasaqlayır. Teqlər : #«Siyasi partiyalar haqqında» Qanuna dəyişiklik edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müxalifətdən mitinq hazırlıqları anonsu NİDA Vətəndaş Hərəkatı bəyanat yayıb