Siyəzəndə meşə yanğını söndürülüb 07 İyul 2014 01:00 Hadisə Siyəzəndə meşə fonduna düşmüş yanğın iyulun 7-si səhər saatlarında söndürülüb. Məlumatı “Media forum” saytına Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev verib. O, yanğının hansı fəsadlar törətdiyi barədə danışmaq istəməyib. Rəsmi məlumata görə, iyulun 5-i saat 15 radələrində rayon ərazisindəki Siyəzən broyler fabrikinin sexlərindən birində yanğın baş verib. Küləkli hava şəraiti yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirib. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da əhatə edib. Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürən maşınları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumlarının əməkdaşları, yerli icra strukturlarının nümayəndələri yanğının söndürülməsinə cəlb olunub. Meşə fondunun 5 hektar sahəsinə ziyan dəyib. Teqlər : #Siyəzəndə meşə yanğını söndürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Gördüm ki, bunlar Allah adamı deyillər” Nabranda polis reydində dava düşdü - VİDEO