Sionist İsrail rejimi ərəb kəndi olan Arakibi 119-cu dəfə dağıdıb 03 Oktyabr 2017 01:00 Fələstin Sionist İsrail əsgərləri ölkənin cənubunda yerləşən Nəcəf çölündə məskunlaşmış fələstinlilərin yaşadığı Əl-Arakib kəndinə hücum edib. Arakibi Müdafiə Komitəsinin üzvü Əziz ət-Turi "Anadolu" agentliyinə bildirib ki, İsrail qüvvələri kəndə səhər saatlarında hücum edib və evlərin lisenziyasız olduğu iddiasını irəli sürərək hamısını buldozerlə dağıdıb. İşğalçı İsrailin Arakib kəndində 2010-ci ilin iyul ayından bu yana 119-cu dəfə dağıntı törətdiyini söyləyən Turi, "İsrail bundan əvvəl kəndimizi ayda bir dəfə dağıdırdı, indi isə iki və ya üç həftədə bir dəfə məhv edirlər. Amma biz torpaqlarımızda möhkəm şəkildə dayanacağıq və İsrailin dağıtdığı evləri yenidən inşa edəcəyik. Çünki bura bizim torpağımızdır", - deyib. Arakib kəndində 87 fələstinli yaşayır. İsrail rejimi kəndin qeyri-qanuni yollarla yaradıldığını iddia etsə də, kənd sakinləri bu torpaqların İsrailin yaranmasından xeyli əvvəl ulu babalarından onlara miras qaldığını vurğulayırlar. Nəcəf bölgəsindəki kəndlərə elektrik və su kimi həyat üçün zəruri olan xidmətlər göstərilmir. Fələstin mənbələrinə görə, işğalçı İsrail rejimi indiyə qədər 220 min fələstinlinin yaşadığı 4 milyon 856 min hektarlıq Nəcəf səhrasının 4 milyon 450 min hektarını işğal edib. (faktxeebr) Teqlər : #Sionist İsrail rejimi ərəb kəndi olan Arakibi 119cu dəfə dağıdıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist İsrail qüvvələri işğal olunmuş ərazilərdə 27 nəfəri həbs edib Sionist İsrail məhkəməsi fələstinli uşaqlara məscidin həyətində oynamağa qadağa qoydu
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar