Sionist rejim ordusu Qəzza zolağına daxil olmanı imitasiya edən təlimlər keçirib 28 Fevral 2019 10:29 Fələstin İşğalçı İsrail rejim ordusu Qəzza zolağına daxil olmanı imitasiya edən təlimlər keçirib. Maide.Az “eastnews.org”-a isitnadla xəbər verir ki, ötən gün işğalçı rejim hərbçiləri Qəzza zolağına daxil olmağı imitasiya* edən genişmiqyaslı təlimləri yekunlaşdırıb. Hərbi təlimlərdə bütün qoşun növləri, o cümlədən quru, hava artilleriya, aviasiya, tank və kəşfiyyat korpusları iştirak edib. Məlumata əsasən, təlimlərin məqsədi ordunun müxtəlif növ ssenarilərdə operativ döyüş hazırlığını yoxlamaqdır. İsrail rejimi ordusunun Baş Qərargah rəisi Aviv Kohavinin təlimdə iştirak edən hərbçi və zabitlərə qatıldığı qeyd edilir. İki gün ərzində keçirilən hərbi təlimlərin öncədən xəbərdar edilmədən başlandığı diqqətə çatdırılır. Qeyd edək ki, işğalçı rejim döyüş təyyarələri ötən gecə həmçinin Qəzzanın cənubunu bombalayıb. Hadisədə insan tələfatı tkisi olmadığı qeyd edilib. Fələstin Səhiyyə Nazirliyindən isə hücumda ölən və yaralanan olub-olulmadığıyla bağlı hələ açıqlama verilməyib. *İmitasiya - [lat. imitatio – təqlid etmək, yamsılama]. bir şeyi təqlid və ya təkraretmə, yamsılama. Teqlər : #Sionist,#rejim,#ordusu,#Qəzza,#zolağına,#daxil,#olmanı,#imitasiya,#edən,#təlimlər,#keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejim qüvvələri bir sutkada 21 fələstinlini həbs edib BMT: ‘İsrail qüvvələri ötən il Qəzzada 189 fələstinlini öldürüb ’
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar