Sionist gözətçilər və fələstinli məhbuslar arasında qarşıdurma baş verib - VİDEO

Sionist gözətçilər və fələstinli məhbuslar arasında qarşıdurma baş verib - VİDEO

Fələstinin işğal olunmuş ərazilərində sionist gözətçi həbsxanada Qurana hörmətsizlik etdikdən sonra fələstinli əsirlər ilə işğalçı rejim gözətçiləri arasında qarşıdurma baş verib.  
 
Maide.Az xəbər verir ki, Fələstinin “alray.ps” saytı məlumat verib ki, Beer-Şeva şəhərində yerləşən "Eshel" həbsxanasının gözətçisi fələstinli əsirlərin gözü önündə Qurana hörmətsizlik edib. Bundan sonra fələstinli əsirlər etiraz edib ki, bu daetiraz gözətçilər və həbsxanada olan məhbuslar arasında qarşıdurmaya səbəb olub. 
 
Sionist gözətçilər bundan öncədə dəfələrlə "Eshel" həbsxanasında İslam Peyğəməbəri (s) və digər islami müqəddəslərə hörmətsizlik edib. Onlar fələstinli məhbusları döymək üçün bu kimi vasitələrdən bəhanə kimi istifadə edir. Belə ki, onlar islami müqəddəslərə hörmətsizlik edərək fələstinliləri qəzəbləndirir və qarşıdurma yaradır.
 
Qeyd edək ki, hazırda işğalçı rejimin 17 həbsxanasında 7 mindən çox fələstinli məhbus saxlanılır. Onların böyük əksəriyyəti mühakimə edilmədən və hətta onlara qarşı ittiham irəli sürülmədən zindanda saxlanılır. 

Google+ WhatsApp ok.ru