Seyid Həsən Nəsrullahdan xəbərdarlıq: `İsrail gücümüzü sınamağa cəhd göstərməsin` 31 Yanvar 2015 02:00 Dünya Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullah İsrail rejiminin Suriyanın cənubunda Kunaytradakı hücumunda dünyasını dəyişən Hizbullah əsgərlərini anma mərasimində çıxış edib. Maide.az xəbər verir ki, Nəsrullah İsrail rejiminin cinayətinə, dərhal cavab verdiklərini bildirərək, terror rejiminin müqavimətin gücünü sınamaması xəbərdarlığını edib. "Bölgədəki bütün xalqlar və dövlətlər ən azından 1948-ci ildən bəri İsrail adlı bir xərçəngə görə əzab-əziyyət çəkir. Bu xərçəng şişi, bu terrorçu dövlət, qəsbkar rejim, fəsadın və zorakılığın simvoludur" deyən Nəsrullah belə danışıb: "Fələstində torpaqları və müqəddəs yerləri işğal etməklə kifayətlənmədi. İordan çayının Qərb sahilində 3 nəfəri tapmaq bəhanəsi ilə ürəyi istədiyi hər şeyi tikdi və Qəzzaya 52 gün davam edən dağıdıcı bir müharibə başladı. Orada ən vəhşi cinayətləri törədib. Qəzzanı blokada altında saxlayır, müqəddəslərə hücum edir, Məscidi Əqsanı ciddi şəkildə təhdid edir, minlərlə Fələstinlini çox ağır şərtlər altında zindanlarda saxlayır. Suriyadakı müharibəni açıq şəkildə qızışdırır, təkfirçi terrorçu qrupları Suriya və Suriya ordusunu məhv etmələri üçün dəstəkləyir. Hər kəsin gözü qarşısında Suriya torpaqlarını, Suriya hərbi bazalarını bombalayır. Müxtəlif bəhanələrlə Suriya ərazilərini havadan bombardman edir. Livanda Şəba rayonunu işğalı altında saxlamaqla kifayətlənmir, bizim bəzi livanlıların müqəddəs saydığı 1701 saylı qərarı tanımır." Nəsrullah daha sonra belə danışıb: "İrqçi İsrail istədiyi kəsi, regiondakı bütün dövlətləri, orduları və xalqları təhdid edə, gecə, gündüz, istədiyi vaxt hər yerə hücum edə, istədiyi hər şeyi edə, heç bir problemlə üzləşməyəcəyini, onu əngəlləyəcək heç bir şeyin olmadığını düşünə bilər. Amma artıq işlərin onların istədiyi kimi getmədiyini görürlər. Çünki müqavimət güclərinin özlərinə qarşılıq verəcək gücdə olduqlarını görürlər." Teqlər : #Seyid Həsən Nəsrullahdan xəbərdarlıq: `İsrail gücümüzü sınamağa cəhd göstərməsin`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD-in kimyəvi silah eksperti öldürülüb ABŞ-dan İsrail rejiminə qeyri-adi reaksiya
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO