Seyid Əbdülməlik Əl-Husi: “Yəmənlilər hər zaman Fələstin xalqının yanında olacaq ” 03 Fevral 2018 02:00 Yəmən -- ..və Qüdsü dəstəkləyəcək Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə rejiminin Amerika cəbhəsində olduğunu qeyd edərək, belə danışıb: “Bu cəbhə fəsad, şiddət, zülmün yayılmasını istəyir”. Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Əl-Husi fevralın 2-i, gecə “Şəhid günü” münasibətilə verdiyi açıqlamasında, Səudiyyə rejimi və BƏƏ-nin Yəməndə törətdikləri cinayətlərə toxunaraq, Yəmən ordusu və xalq komitələri qüvvələrinin düşmənlərini məğlub edəcəyini söyləyib: “Yəmənin düşmənlərinin Yəmənlə düşmənçiliklərinin bünövrəsində Yəmən xalqının düşmənlərinin istəklərinə tabe olmamasıdır. Yəmən xalqı heç vaxt zilləti qəbul etməyəcək və izzətlə azad yaşamaq üçün özünü müdafiə edəcək və mübarizəsini davam etdirəcək”. Seyid Əl-Husi açıqlamasında, ABŞ prezidenti Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması cəhdinə də toxunub: “Amerika həmişə Səudiyyə rejimi və BƏƏ vasitəsilə Fələstin iddiasını aradan qaldırmağa çalışıb və bütün regionun sionist İsrailin hökmranlığına daxil olmasına çalışır. Yəmənlilər hər zaman Fələstin xalqının yanında olacaq və Qüdsü dəstəkləyəcək”. Teqlər : #Seyid Əbdülməlik ƏlHusi: Yəmənlilər hər zaman Fələstin xalqının yanında olacaq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə 11 milyon uşaq fəlakətlə qarşı-qarşıya BƏƏ Yəmən adalarını belə qarət edir – Foto
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'