Saratovdan Bakıya hava reysləri açılır 22 İyun 2021 15:29 Xəbərlər 4 iyul tarixində ilk dəfə olaraq Rusiyanın Saratov şəhərindən Bakıya birbaşa hava reysləri təşkil olunacaq. TASS agentliyi xəbər verir ki, bu barədə Saratovun “Qaqarin” hava limanının mətbuat xidməti məlumat yayıb. “176 yer tutumlu “Boeing 737-800” təyyarələrindən uçuşlar “S7” Hava Yolları kompaniyası tərəfindən həyata keçiriləcək”, - hava limanının mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur. Qeyd olunur ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına təşkil olunacaq uçuşlar həftədə bir dəfə bazar günləri təşkil ediləcək. / oxu.az/ Teqlər : #Saratovdan,#Bakıya,#hava,#reysləri,#açılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Toy keçirmək istəyənlər üçün portal iyunun 26-dan aktiv ediləcək Məhəmmədəli Axundzadə azadlığa çıxdı