Sabahın HAVAsı 23 Yanvar 2018 02:00 Ölkə -- hava şəraiti dəyişkən buludlu olacaq Bakıda və Abşeron yarımadasında yanvarın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında Yanvarın 24-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yanvarın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. (milli.az) Teqlər : #Sabahın HAVAsı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsinə dair müqavilə gələn ay imzalanacaq Bakıda Abutalıbovun sərəncamına görə qarşıdurma: tikinti “baronu” misli görünməmiş üsula əl atdı - FOTO/VİDEO