Sabah Bakıda havanın temperaturu 37, rayonlarda isə 38 dərəcəyədək yüksələcək 01 Avqust 2014 01:00 Ölkə Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecəyə doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq. Teqlər : #Sabah Bakıda havanın temperaturu 37,#rayonlarda isə 38 dərəcəyədək yüksələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Günün rəzaləti: 8 telekanalda 8 şəhidin xatirəsinə şıdırğı konsert... Şəhid əsgərimizin son statusu: AĞLAMA SEVGİLİM! (FOTO)