Sabaha olan hava proqnozu açıqlanıb 11 May 2017 01:00 Ölkə Sabaha olan hava proqnozu açıqlanıb Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvət Nazirliyindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir. / Teqlər : #Sabaha olan hava proqnozu açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hamı torpaq satır Sabah Bakıda bir çox avtobus marşrutunun hərəkət istiqamətində dəyişiklik olacaq