Sərnişinlərin NƏZƏRİNƏ: Yeddi marşrut xəttinin istiqaməti dəyişdirilir - RƏSMİ 15 İyun 2021 11:03 Ölkə Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilir. Maide.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. Mövsümi xarakterli dəyişikliyə əsasən, aşağıdakı marşurut xətlərinin hərəkət istiqaməti sabahdan dəyişdiriləcək: 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək; 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək; 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək; 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək; 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək; 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək; 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək. Teqlər : #Sərnişinlərin,#NƏZƏRİNƏ:,#Yeddi,#marşrut,#xəttinin,#istiqaməti,#dəyişdirilir,#RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha gözlənilən hava şəraiti açıqlanıb İyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb