Səfir Yefimov: İdlibdə təhlükəli gərginlik dalğası aradan qaldırılıb 28 Aprel 2020 09:55 Dünya Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Yefimov İdlibdəki gərginlik dalğasını aradan qaldırmaq üçün 5 martda Moskvada Rusiya-Türkiyə razılığının əldə olunduğunu, ancaq bölgədəki vəziyyətin ciddi olaraq qaldığını və terrorçuların təxribata davam etdiyini bildirdi. Maide.Az xəbər verir ki, "Sputnik"ə açıqlama verən Yefimov, "düşünmürəm ki, terrorçuların fəaliyyəti ilə koronavirusun yayılması arasında hər hansı bir əlaqə ola bilər. Diqqət İdlib problemindən başqa bir yerə yönəlmədi, çünki qanunsuz silahlı təşkilatların hücumları və təxribatları davam edir. Ancaq Büyük İdlibdə təhlükəli gərginlik dalğası aradan qaldırılıb. Bununla birlikdə, terrorçular barışığı pozmaq üçün əllərindən gələni edirlər və daha sonra özlərini "qanlı rejimin qurbanları" kimi göstərirlər. Buna görə İdlib problemi hələ də gözümüzün qabağında olduğu kimi həllini tələb edir. Kovid-19 pandemiyası Rusiya və Türkiyənin Suriya mövzusundakı əməkdaşlığına təsir etməyib, tərəflər razılığa gəlmək üçün hər zaman imkan tapırlar", - deyə bildirib. Teqlər : #idlib,#rusiya,#suriya , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şahzadə Çarlz emosional şəkildə müsəlmanlara müraciət edib Prezidentin ‘Kovid-19’a qarşı içdiyə bitki dərmanına tələb artmaqdadır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO