Səudiyyə Ərəbistanından Həcc mərasimi ilə bağlı çağırış 01 Aprel 2020 10:36 Dünya Koronavirusa görə müsəlmanlar bu ilin ümrə və həcc ziyarətlərinin planlamaları barədə tələsməsinlər Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Salih bin Tahir Benten dünya ölkələrini həcc mərasimi üçün müqavilələrin imzalanması məsələsində yeni növ koronavirus (COVID-19) ilə əlaqədar baş verənlərin dəqiqləşməsini gözləməyə çağırıb. Maide.Az xəbər verir ki, O, bu barədə "Əl-İhbariyyə" kanalına verdiyi müsahibədə bildirib. O bildirib ki, koronavirusa görə müsəlmanlar bu ilin ümrə və həcc ziyarətlərinin planlamaları barədə tələsməsinlər. Benten, Səudiyyə Ərəbistanının ümrə ziyarətinə gəlib ölkələrinə qayıda bilməyən 1200 nəfərə qayğı göstərdiklərini, bu mövzuda Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə işlədiklərini, otellərdə karantində saxlanılan zəvvarların sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu söyləyib. Nazir zəvvarların hansı ölkələrdən olduğu barədə məlumat verməyib. Benten, Səudiyyə Ərəbistanından Ümrə vizasını alıb gələ bilməyənlərin pullarını geri ödədiklərini də sözlərinə əlavə edib. Teqlər : #Səudiyyə,#Ərəbistanından,#Həcc,#mərasimi,#ilə,#bağlı,#çağırış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Pandemiya II Dünya Müharibəsindən sonra ən böyük böhrandır ‘Həşd Şabi’ xəbərdarlıq etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO