Səudiyyənin Yəmənə son hücumunda 19 uşaq həyatını itirib – UNICEF 20 Fevral 2020 15:27 Yəmən Səudiyyə kolisiyasının Yəmənə qarşı etdiyi son hava hücumunda 40-dan artıq azyaşlı ölüb və yaralanıb. İslaminSesi xəbər verir ki, bu barədə Fransa mətbuatı UNİCEF-ə istinadən məlumat yayıb. UNICEF-in (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) məlumatına görə Səudiyyə qırıcılarının Şimali Yəməndə, Al-Couf əyalətinin Al-Maslub məntəqəsinə etdiyi hava hücumu nəticəsində ümumilikdə 35 azyaşlı ölüb və yaralanıb. Mənbənin xəbərinə görə şənbə, 15 fevralda edilən hücum nəticəsində 8 qız, 11 oğlan olmaqla 19 uşaq həyatını itirib. Altı qız, 9 oğlan uşağı olmaqla isə ümulikdə 18 nəfər yaralanıb. Həmçinin qeyd edək ki, Yəmən Səhiyyə Nazirliyinin həmin hücumla bağlı hesabatına əsasən düşmən təyyarələrinin son hücumu nəticəsində 26 uşaq daxil olmaqla 35 nəfər həyatını itirib, 18 azyaşlı daxil olmaqla 23 nəfər yaralanıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub. Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub. Teqlər : #Səudiyyənin,#Yəmənə,#son,#hücumunda,#uşaq,#həyatını,#itirib,#–,#UNICEF, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejimi Yəmənin şimalına hava zərbələri endirdi: 26 uşaq öldü, 18-i yaralandı Yəməndə dörd yeni hava hücumundan müdafiə sistemi təqdim edilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'